Çavuşoğlu Zalkaliani ilə görüşdü – Tiflisə dəstək

90

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə Rumıniyanın paytaxtı Buxarestdə bir araya gəlib.

Bu barədə Türkiyə XİN başçısının Tvitter səhifəsində məlumat verilib.

Görüşdə regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.

Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini bundan sonra da dəstəkləyəcəyini bildirib. \\Axar