Çavuşoğlu: “Rusiya istəsə, ona da dron sata bilərik”

150

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyaya Türkiyənin Müdafiə Sənayesinin məhsullarını almağı təklif edib. Nazir zərurət yaranacağı təqdirdə Rusiyanın Türkiyənin müdafiə sənayesinin məhsullarını ala biləcəyini bildirib.

“Anadolu Agentliyi”nin yazdığına görə, Çavuşoğlu bu açıqlamanı Ukraynanın Türkiyə istehsalı olan dronları satın alması faktına münasibəti barəsində sualın cavabında verib.

Çavuşoğlu deyib: “Türkiyə tələbatı olan ölkələri müdafiə sənayesi məhsullarını satır. Bu, Rusiya əleyhinə yönələn addım deyil. Rusiya dövləti də istəsə, həmin Türkiyə məhsullarını ala bilər”.