Çavuşoğlu qırğız və tacik həmkarları ilə danışdı

102

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tacikistanlı həmkarı Sirociddin Muhriddin və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevlə telefon əlaqəsi saxlayıb.

Çavuşoğlu həmkarları ilə telefon danışığı zamanı iki ölkə arasındakı problemin dinc və sülh yolu ilə həll olunmasını arzu etdiyini deyib.

Bundan başqa, türk nazir imzalanan atəşkəs razılaşmasından məmnun qaldığını da dilə gətirib.

M.Çavuşoğlu ehtiyac olacağı təqdirdə Türkiyənin hər iki ölkəyə dəstək verməyə hazır olduğunu da bildirib. \\Axar