Cavab addımı: Ukrayna Rusiyanın Odessadakı konsulunu qovur

72

Hurriyyet.org xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Odessadakı konsulunu arzuolunmaz şəxs elan edib.

Ukraynanın xarici siyasət idarəsinin saytında diplomatın 30 aprel tarixinə qədər ölkəni tərk eləməli olduğu bildirilir.

Bazar ertəsi günü Moskva Ukrayna səfirliyinin əməkdaşını persona non-qrata elan eləmiş və ona da 30 aprel tarixinə qədər möhlət vermişdi.

Ukrayna tərəfinin açıqlamasında deyilir: “Buna cavab olaraq Ukrayna XİN Rusiya Federasiyasının Odessadakı Baş Konsulluğunun konsulunu Ukrayna ərazisində arzuolunmaz şəxs elan edir. O, 2021-ci ilin 30 aprel tarixinə qədər Ukrayna ərazisini tərk eləməlidir”.