“Can Vətən” – deyib, şəhadətə qovuşan fədai Zaqatalalı – Axıska türkü – Alim Məmmədov…

84

…Tarixdə cərəyan edən hadisələr, faktlar sübut edir ki, düşmən, erməni daşnakları əsrlər boyu bir də sübut etdilər ki, onlar günahsız insanları qıraraq, xalqımıza qarşı amansız vəhşiliklər törədiblər. Bizim sülh çağırışımıza mənfurlar qan tökməklə, xalqın var-dövlətini talamaqla, insanlarımızı əzəli torpaqlarımızdan qaçqın salmaqla, yurdlarımızı virana qoymaqla cavab verdilər. Faşist xislətli ermənilər körpələri odda, qocaları közdə yandırdılar… Kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi top atəşinə tutdular, mərmilər yağdıraraq darmadağın etdilər… erməni quldurları… Belə təcavüzkar düşməni bağışlamaq olardımı?! Onsuz da, tarixlər boyu xalqımız bədxahlara qarşı humanistlik, xeyirxahlıq edib, evlərimizə əziz qonaq kimi dəvət etmişik… Amma onlar daima bizə arxadan zərbə vurublar, xəyanət ediblər… Belə sarsıdıcı səhnələri görən, xəbər tutan qeyrətli Vətən oğulları sakit qala bilməzdilər… O, igidlər, vətənpərvərlər azğın düşmənlə mübarizəyə qalxdılar, qisas, nifrət hissi ilə və onlara layiqli cavab vermək niyyəti ilə.

Vətən desəm dilim titrər,

Sevir onu neçə minlər…

…Bir daha 27 sentyabr 2020 –ci il tarixində İkinci Vətən Müharibəsində də xalqımızın cəngavərləri doğma Vətənə qarşı necə sadiq olduqlarını sübut etdilər… O, zəhərli “virusları”, xəyanətkarların torpaqlarımıza, əhaliyə uzanan qollarını dibindən kəsdilər… Vəhşiliklər törədən erməni qəsbkarlarına tarixi dərs verdilər, qanları ilə, canları ilə…

…Vətənə can deyib, Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda can verən igidlərimizdən biri də Zaqatala rayonunun Fındıqlı kənd sakini, Axıska türklərinin nümayəndəsi olan Alim Qəmərşo oğlu Məmmədovdur. Vətən uğrunda canından keçən bu igidlər şəhid zirvəsinə ucaldılar…

Zaqatala rayonunun Fındıqlı kəndində müxtəlif xalqların nümayəndələri yaşayırlar. Bu kənd Sovet dövründə Zaqatala rayonunun 1 № -li Fındıqçılıq Sovxozu kimi fəaliyyət göstərib.

1988 –ci ildə bu Fındıqçılıq Sovxozuna Özbəkistandan pənah gətirən 1942-1947 –ci illərdə Stalin repressiyasının qurbanları olan Axıska türk ailələri məskunlaşdırıldılar. Onlar burada yaşayan saxuralarla, avarlarla, ruslarla, molokanlarla, azəri-türkləri ilə birlikdə Azərbaycanı doğma Vətənləri hesab edərək fındıqçılıqla, təsərrüfatın digər sahələri ilə məşğul olurlar… Hətta Axıska türkləri Birinci Qarabağ Savaşında olduğu kimi, İkinci Vətən Müharibəsində də Azərbaycanımızın işğal altında olan torpaqlarımızı işğaldan qurtarmaq üçün özlərini odun-alovun içinə atdılar… Onlardan ölməzliyə qovuşanlar da odld… Azərbaycanın qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazan, ölməzliyə qovuşan Alim Qəmərşo oğlu Məmmədov 2002 –ci ilin 28 sentyabr tarixində Fındıqlı kəndində dünyaya göz açmışdır. O, da yaşıdları ilə birlikdə sadə, oxşar nağıllı, əlbəttə ki, çoxlu xatirələrlə dolu olan uşaqlıq, məktəb və yeniyetmə illərini adi insanlar kimi keçirib. Əlbəttə ki, bu yaş dönəmini keçirəndə Alimin çətinlikləri də olub. Amma bütün bunlara baxmayaraq onun valideynləri Azərbaycana “Can Vətən” deyən Alimə kiçik yaşlarından vətənpərvərlik hissləri aşılayıb. Bir də ki, Fındıqlı kəndində Məmmədovlar ailəsində olarkən öyrəndik ki, ailənin başçısı Qəmərşo Məmmədov da Birinci Qarabağ Savaşının iştirakçısı olub. O, dörd ildən çox Ağdam – Tərtər – Ağdərə – Gornaboy  istiqamətlərində erməni işğalçılarına qarşı döyüşüb. Müharibə veteranıdır. Övladlarının düşmənlərimizə qasrşı nifrət hissi ilə böyümələrində və mübariz olmalarında atalarının böyük təsiri və rolu  olub. Məmmədovlar aiələsi Fındıqlı kəndinin baş küçəsində çox sadə, adi və təmirə çox böyük ehtiyacı olan darısqal, üç otaqlı mənzildə yaşayırlar…

…Vətən fədaisinin  anası, evin xanımı Yetər Tamilova çox sakit təbiətli, mülayim, təmkinli, səliqəli qadındır. Şəhid anası oğlunun şəhid olmasına inana bilmir, yoxluğu ilə barışmır. Elə bil, o, ağır zərbədən sağalmaz yara alıb. O, çox qüssəli, üzüntülü, çox kədərlə: “elə bir qəm dəryasındayam, sakit olmağa, özümü ələ almağa bacarmıram, yuxum ərşə çəkilib, özümlə bacarmıram, inanmıram oğlumun yoxluğuna… Hələ də, həsrətlə yolunu gözləyirəm…”deyib.

Bir faktı qeyd edək ki, axıska türklərinin adət-ənənələrindən biri də kimlərsə də qonaq gələndə bütöv nəslin bir yerə toplaşmasıdır… Mənim şəhid ailəsinə gəlişimlə bütün qohum-əqrəba onlara toplaşdılar… Əmilər, bibilər və bütün qohumlar… Çoxu da, Vətənimizin azadlığı uğrudan həlak olan Məmmədov Alim Qəmərşo oğlu barəsində ancaq tərifli sözlər deyərək, böyük ehtiramla xatırladılar…

…Yetər xanımla söhbətimizdən aydın oldu ki, Alim ailənin böyük övladı olub. Onlar üç qardaş idilər: Alim, Səlim və Salam. Bu gün Azərbaycan xalqının qəhrəman oğluna çevrilmiş Alim 9 -cu sinifə qədər Fındıqlı kənd ümumi orta məktəbində təhsil alıb və sonra isə 10-11 -ci sinifləri Zaqatala rayonu Qazangül qəsəbə İsmət Qayıbov adına tam orta məktəbində davam etdirib… 2019 -cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib…

Şəhid Alimin qardaşları 2004 -cü il təvəllüdlü Səlim Fındıqlı kənd ümumi orta məktəbinin 9 -cu sinfini bitirdikdən sonra Türkiyə Respublikasında kollecə qəbul olub… 03.11.2007 -ci il təvəllüdlü Salam isə Qazangül qəsəbə tam orta məktəbinin 7 -ci sinfində təhsil alır… Haqqında söhbət açdığımız digər şəhidlər kimi Alim Qəmərşo oğlu Məmmədov da həm hərbi xidmətini şərəflə, döyüş yolunu da fədakarlıqla yerinə yetirib.

Əmisi Şirxan Məmmədov qardaşı oğlundan ürəklə, qürurla söhbət açdı: “Alim 2020 -ci ilin yanvar ayının 2 -də Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb, o, böyük həvəslə, inamla Vətənin keşiyinə gedib. O, xidmətinin ilk günlərindən hərbi tapşırıqları vicdanla yerinə yetirməyə başlayıb. Əsgərliyə yola salınanda valideynlərinin öyüd və nəsihətlərini dərindən dinləyib. Alimlə hər dəfə telefonla danışanda hərbi xidmətində problemlərin olmadığını, hərbi təlimlərdə fəal iştirak etdiyini deyərdi. Hərbi andiçmə mərasimi günü biz, valideynləri, mən və bibisi Alimin görüşünə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəyə getdik. Bizim gəlişimiz onu sevindirmişdi, elə bil ona dünyaları bağışlamışdılar. Alim Milli Ordu sıralarındakı xidmətindən böyük həvəslə danışırdı, rastlaşan çətinliklərdən və müharibəyə hazırlıqlarından söhbət açmasa da, düşmənin tez-tez mövqelərimizi atəşə tutmasından, erməni təxribatlarından və onların qarşısını hünərlə almalarından danışmışdı.”

…Ailəsindən bildirdilər ki, Alim əvvəlcə Ağcabədi rayonundakı “N” saylı hərbi hissədə 3 ay xidmətini keçib. Yetər xanım isə deyir ki, oğlu Alim müharibəyə hazırlaşdıqlarını, hər gün təlimlər keçdiklərini onlara bildirmirdi. Amma ana qəlbi çox narahatçılıq keçirirdi. “Mən, çox nigaran idim oğlumdan, elə bil nəsə baş verəsiydi… Gecə-gündüz narahatçılıq keçirirdim…”

(Ardı var)

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü