Çad Prezidenti cəbhə xəttindəki atışmada həlak oldu

165

Hurriyyet.org xəbər verir ki, Çad Prezidenti İdris Debi İtno cəbhə xəttində baş verən atışmada yaralanaraq həlak olub.

Ordunun nətbuat katibi Azem Bermando Aqouna milli televiziyadakı açıqlamada 68 yaşlı Prezident İtnonun həftəsonu ölkənin şimalında separatçılara qarşı həyata keçirilən əməliyyatda iştirak elədiyini, atışma zamanı yaralandıqdan sonra bu gün həlak olduğunu bildirib.

İtno 11 aprel tarixində keçirilən prezident seçkilərində 79,32 faiz səs toplayaraq 6-cı dəfə seçilmişdi.

Çad  Prezident İdris Debi İtno Milli Qurtuluş Hərəkatı ilə iqtidara gəldiyi 1990-cı ildən bəri ölkəni idarə edirdi.