Buradakı terror dəhlizini məhv etdik – Akar

225

“Pəncə Qartal-2” antiterror əməliyyatı ilə bağlı müttəfiqlərimizlə koordinasiyalı şəkildə hərəkət edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, bu əməliyyat da daxil olmaqla, digər əməliyyatlarda da heç bir gizli işimiz olmayıb:

“Türkiyə ordusunu Suriyada 2016-cı ildən etibarən əməliyyatlara başlayıb. Bizim Suriyanın ərazi bütövlüyünə hörmətimiz var. Reyhanlı, Kilis şəhərlərində şəhidlərimiz oldu. İŞİD, PKK, YPG terror təşkilatlarına qarşı əməliyyatlarımızı həyata keçirdik. Buradakı terror dəhlizi dağıdıldı. Hamı bilməlidir ki, bölgədə terror dəhlizi yaradıla bilməz”, – Akar bildirib.