Bu məşhur alimlər Ramiz Mehdiyevi təbrik etmədi – SİYAHI

180

AMEA-nın bir qrup həqiqi və müxbir üzvü Ramiz Mehdiyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Ramiz Mehdiyevə təbrik ünvanlayan alimlərin siyahısını təqdim edirik:

Akademiklər Dilqəm Tağıyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Rasim Əliquliyev, Adil Qəribov, İradə Hüseynova, Akif Əlizadə, İbrahim Quliyev, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Fuad Əliyev, Arif Həşimov, Əli Abbasov, Vaqif Abbasov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Tofiq Məmmədov, Misir Mərdanov, Şahbaz Muradov, Əminağa Sadıqov, Oqtay Qasımov, Qurban Yetirmişli, Zeynal Əkpərov və professor İlham Məmmədzadə.

AMEA-nın aşağıdakı məşhur alimlərinin adları isə siyahıda yoxdur:

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru Nailə Vəlixanlı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, Milli Məclisin sabiq deputatı Nazim İmanov, xalq artisti Zeynəb Xanlarovanın qudası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, AMEA-nın müşaviri, Milli Məclisin sabiq deputatı Yaqub Mahmudov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli və AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov.

Qeyd edək ki, Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.

Əli Davudoğlu,

KONKRET.az