Bu məktəblər də koronaya görə bağlandı

57

Ağdaş rayonunda daha üç orta məktəb distant təhsilə keçib.

Axar.az az xəbər verir ki, Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü humanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.