Bu ərazi Rusiyanın tərkibinə keçəcək – Paseçnik

15

Zamanı gələndə Donbas Rusiyanın bir hissəsinə çeviriləcək.

Axar.az xəbər verir ki, bunu qondarma Luqansk “xalq respublikası”nın rəhbəri Leonid Paseçnik deyib.

“Biz düzgün istiqamətdə hərəkət edirik… Şübhə etmirəm ki, zamanı gəldikdə Donbas böyük Rusiyanın bir hissəsi olacaq. Bizi böyük gələcək gözləyir. Amma bunun üçün mübarizə aparmaq lazımdır. Maraqlarımızı müdafiə etməyə davam edəcəyik! Əslində biz artıq onunlayıq. Rusiya Federasiyası bizə daim yardım göstərir, bunsuz Donbas yaşaya bilməzdi. Bu, həm siyasi, həm humanitar, həm də iqtisadi yardımdır”, – o bildirib.