Britaniya Rusiyanı öz hərəkətlərinin “real nəticəsini” dadmağa məcbur edəcək

291

Böyük Britaniyanın XİN-nin Dominik Raab NATO ölkələrini Rusiyanı “düşmənçilik hərəkətlərinin real nəticələrini hiss etdirməyə” məcbur etməyə çağırıb.

Bu barədə RİA Novosti xəbər verir. Krallıq XİN idarəsində bildirirlər ki, Raab “rus təhlükəsi” haqda müttəfiqləri ilə danışıqlar aparmağı planlaşdırır.

“Nazir dünyadakı demokratik  və açıq cəmiyyətləri öz yeni dağıdıcı texnologiyalarından istifadə edərək  təhdid edən Rusiya aqressiyasının dəyişkən təbiəti barədə danışacaq.

“Söhbət Rusiyanın hava hücumundan müdafiə sistemindən qaça bilən super müasir raket sistemindən və koronavirus haqda informasiyanın təhrif olunması, seçkilərin keçirilməsi prosesində istifadə olunan məlumat bazasına yönəlmiş kiberhücumlardan gedir” deyə xarici siyasət idarəsi qeyd olunur.

Bəyanatda həmçinin nazirin NATO-nun 23-24 mart sammiti barədə planları açıqlanır.

Bu görüş il ərzində alyans ölkələrinin nazirlərinin birinci şəxsi görüşü olacaq. Xatırladaq ki, 16 martda NATO Baş katibi Yens Stoltenberqin məruzəsi açıqlanmışdı və NATO üçün əsas təhlükə olan ölkələr açıqlanmışdı.

Bu ölkələr, Rusiya, Çin, terrorçuluq, kiberhücumlar və iqlim dəyişiklikləri olmuşdu.

 

Tərcümə etdi: Ülviyyə Şükürova