“Brent” neftinin qiyməti 65 dolları keçib, WTI 63 dollara yaxınlaşır

66

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,58% artaraq 1 barelə görə 65,38 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,57% artaraq 62,67 dollar təşkil edib.

Emil İsmayılov