İngiltərə Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıya bilər

156

Hurriyyet.org xəbər verir ki, Böyük Britaniyanın Şimali Kipri tanımaq məsələsini nəzərdən keçirdiyi, belə bir addımın İngiltərə ilə Şimali Kipr arasındakı birbaşa uçuşların başlamasına imkan yarada biləcəyi iddia edilib.

Sunday Express nəşrinin dərc elədiyi xəbərdə İngiltərənin “Cenevrədə aparılacaq danışıqlarda Kipr adasını 60 ilə yaxın bir müddət ərzində ikiyə bölən böhranın sülh yolu ilə həllini tapmaqda tarixi fürsət yaratmağa kömək edə biləcəyi” bildirilib.

Nəşrə müsahibə verən Şimali Kipr lideri Ersin Tatar İngiltərə hökumətini danışıqlarda təklif edəcəyi ikidövlətli həll yolunu dəstəkləməyə çağırdığını bildirib.

Tatarın Breksit ilə Avropa İttifaqından xilas edilən İngiltərənin bitərəf təminatçılıq rolunu yerinə yetirə biləcəyinə, kiprli yunanlar ilə kiprli türklərə bərabər şəkildə davranılmasını təmin edə biləcəyinə inandığı qeyd edilib.

Xəbərdə hökumət mənbələrinin qəzetə, nazirlərin Şimali Kipri rəsmən müstəqil ölkə olaraq tanımaq məsələsini nəzərdən keçirdiklərini bildirdikləri deyilir.

Problemin həllinin İngiltərədə yaşayan 300 min kiprli türkə yardım edəcəyi və iki ölkə arasında birbaşa uçuşların başlamasını təmin edə biləcəyi vurğulandı.

Minlərlə İngiltərə vətəndaşının Şimali Kiprə daha asan səfər edə biləcəyi və Şimali Kipr ilə Cənubi Kiprin birlikdə populyar istirahət məntəqələrindən birinə çevirlə biləcəyi qeyd edilir. Eyni zamanda İngiltərənin Kiprdəki iki hərbi baza məsələsində də uzunmüddətli razılaşma təmin edilə biləcəyi bildirilib.

Xəbərdə Breksit müzakirələri zamanı Avropa İttifaqının İngiltərəyə təzyiq göstərmək üçün Şimali Kiprdə yaşayan İngiltərə vətəndaşlarının cənubi şimala keçmələri məsələsində həbs və cərimə cəzaları ilə təhdid edildiyi qeyd edilib.