BNA: Paytaxtda bəzi küçələrdə sıxlıq müşahidə olunur

27

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı sıxlığa dair vəziyyəti açıqlayıb.

BNA-dan APA-ya verilən xəbərə görə, hazırda Qara Qarayev prospekti -“Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi – Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti – şəhər istiqamətində, Yusif Səfərov küçəsi- Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti – mərkəz istiqamətində, Sabunçu-şəhər yolu, mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.