BMT Azərbaycan və Ermənistana minalarla bağlı çağırış edib

57

“Mən Əfqanıstanda müharibənin dəhşətini və fəlakətini görmüşəm. Minaların törətdiyi bəlalar və dağıdıcı təsiri ilə şəxsən tanışam”.

“Report”un xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

O, Azərbaycan hökumətinin ərazilərin minalardan təmizlənməsi istiqamətindəki fəaliyyətini alqışladığını bildirib: “Biz Azərbaycan və Ermənistanı minaların və hərbi sursatların toplanılması, saxlanılması və ötürülməsinin qarşısının alınmasına dair Konvensiyaya qoşulmağa dəvət edirik”.