Blinken: “Sözdə strateji ortağımız Türkiyənin Rusiya ilə eyni cizgidə olması qəbul edilə bilməz”

321

Hurriyyet.org xəbər verir ki, bu gün vəzifə başına keçməsi gözlənilən 46-cı ABŞ Prezidenti Co Baydenin hökumətində Xarici İşlər naziri vəzifəsinə namizəd göstərilən Antoni Blinken Türkiyə dövlətini “sözdə strateji tərəfdaş” adlandıraraq, Rusiyadan S-400 sistemlərinin alınması səbəbindən daha çox sanksiyaya məruz qala biləcəyini söyləyib.

Blinken, Senatın Xarici İşlər Komitəsinin iclasındakı çıxışında deyib: “Strateji, yəni sözdə strateji bir ortağımızın ən böyük strateji rəqiblərimizdən biri olan Rusiya ilə eyni xəttdə olması qəbuledilməzdir”.