Blinken: İrana nüvə silahı üçün cəmi 3-4 ay lazımdır

120

İran nüvə bombasının yaradılmasına çox yaxınlaşıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, İran uranı 3-4 aya silah səviyyəsinə qədər zənginləşdirə bilər.

O, ABŞ-la İran arasında münasibətlərin inkişafı üçün diplomatiyaya dönüş yolunun açıq olduğunu bildirib.

Blinken İran hakimiyyətinin ilk növbədə nüvə razılaşması çərçivəsində öhdəliklərinin icrasına qayıtmalı olduğunu deyib. O deyib ki, İranla birinci razılaşmadan daha uzun və dayanıqlı olan müqavilə üzərində işlənilməsi gərəkdir.