“Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik” – Rusiya Hökuməti sədrinin müavini

21

“Regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm”.

“Report”un xəbərinə görə, bunu Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb, – o bildirib.