“BİZ ARTIQ BAŞA DÜŞMƏLİYİK…” – Paşinyan Azərbaycanla əlaqələrin bərpasından danışıb

15

“Bu yeni situasiyada biz vəzifə qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın”.

Bu sözləri baş nazir Nikol Paşinyan Armavir vilayətinə səfəri zamanı deyib.

Baş nazir deyib ki, bu gün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir. Paşinyan bildirib ki, elə hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir.

O, habelə dəmir yollarının vacibliyindən danışıb və deyib ki, bu sahədə müəyyən qərarlara getmək lazım gələcək: “Çünki siz bilirsiniz ki, bizim dəmir yollarımız, xüsusilə də İrana və Rusiyaya gedən yollar Azərbaycandan keçir. Biz burda başa düşməlik: Elə ola bilməz ki, bizim onların ərazisindən yolumuz olsun, amma onlara bizim ərazimizdən yol verilməsin”.

Paşinyan daha sonra millətlərarası münasibətlərdən bəhs edib: “Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik. Hə, deyirlər və biz də bilirik ki, bizim bu regionda düşmənlərimiz var. Amma hər halda gəlin etiraf edək: biz başqalarını nə qədər çox düşmən hesab eləsək, bizim özümüzü də bir o qədər düşmən hesab edəcəklər”.

Ermənistan baş naziri əlavə edib ki, ölkə üçün əlverişli şərait yaratmaq lazımdır, amma region da Ermənistana öz baxışını dəyişməlidir. \\AzPolitika.info