“Bir millət, iki dövlət”in rəmzi olacaq memorial abidə təqdim olundu – VİDEO

921

Novator memar Muxtar Ərturanın “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər Muzeyi” layihələrinin konsepsiyasının təqdimatı keçirilib.

Xatırladaq ki, “İstiqlal zirvəsi” adlandırılan layihənin konsepsiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq hazırlanıb.

Belə ki, memar Muxtar Ərturanın rəhbərliyi altında, müəllifi olduğu layihə yerli və türkiyəli memarların və mühəndislərin qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

İki ölkənin peşəkar memarlarının iştirakı ilə hazırlanacaq çoxmərtəbəli kompleks milli atributlarımızdan olan Aypara və Səkkizguşəli ulduz şəklində, ultramüasir formatda bütün standartlara cavab verəcək.

Hilal formasında, iki girişli muzey kompleksinin teleqüllənin qərb hissəsində inşa edilməsi nəzərdə tutulur.

Layihə müəllifi Novator memar Muxtar Ərturan təqdimat zamanı çıxışında muzey kompleksinin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi ifadəsi olacağını xüsusilə qeyd edib: “Müəllifi olduğum layihə Türkiyə və azərbaycanlı memarların, işaatçı və mühəndislərin birgə fəaliyyətinin nəticəsidir. İki qardaş ölkə arasında döyüşdə, iqtisadi və ticari əlaqələrdə olan dostluq münasibətləri kimi, memarlıq sahəsində ərsəyə gələcək “Zəfər” muzeyi memorial kompleks kimi gələcək nəsillərə dostluğun, birliyin rəmzi kimi ötürüləcək”.

Daha sonra iki ölkə arasında dostluq rəmzinin ifadəsi olacaq memorial abidənin ilkin videoformatda olan versiyası ictimaiyyətə təqdim edilib.

Bu layihə dünyada ilk olacaq. Paytaxtın ən yüksək yerində yerləşəcək muzey kompleksinin hazırlanmasında əsas məqsəd “Smart Muzey” formatında Milli qəhrəmanlarımız haqqında məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Konsepsiyanın tərkibində “Soyqırım” adlanan zallar olacaq. Burada 3D holoqram və dizaynlardan istifadə olunaraq 7D sinema muzeyi formatında “20 Yanvar”, “Xocalı” faciəsinin ən dəhşətli görüntüləti nümayiş olunacaq.

Xüsusi texnologiyalardan sayılan “Mat. Fuse.hololens” texnologiyaları ilə təchiz olunmuş bu zallara xüsusi hərəkətli horizontal eskalatrorlar vasitəsi ilə daxil olunacaq. Hərəkətli eskalatrolar üzərində olan insanlar 1 dəqiqə ərzində zaldan keçərək müasir “AR” texnologiyası sayəsində xocalı hadisələrini canlı olaraq izləyə biləcəklər. Eyni anda zala 350-500 nəfərin daxil ola bilməsi nəzərdə tutulur.

Hər kəs insanlığa qarşı törədilmiş cinayəti “REAL TİME” vizual qrafika vasitəsi ilə izləyəcək və şahid olacaq. Bu format həm yerli, həm də də xarici turistlər üçün hesablanıb.

 

“İstiqlal zirvəsi” adlandırılan konsepsiya çərçivəsində inşa ediləcək muzeyin ətrafında landşaftın dairəvi formada olması isə gələcəkdə “8 Noyabr” tarixində keçiriləcək zəfər marşı zamanı hərbi texnikaların paradı üçün nəzərdə tutulub.

Muzey kompleksinin birinci mərtəbəsinin atrium hissəsində, dairəvi Turan Birliyini əks etdirən gerb Azərbaycan bayrağının üçrəngli simvolları ilə əhatə olunacaq. Bu simvolların üzərində Vətən müharibəsi şəhidlərinin adları fosfor tərkibli nano boya ilə yazılacaq. Yazılar isə “Ultra Neon Conspiracy Hologram” işıqların köməyi ilə nümayiş olunacaq.

Simvolik gerbin üzərində, hündürlüyü 30 metr olan “Stace Performance Hologram” silindrin olması nəzərdə tutulur. Bu silindr daxilində Ulu Öndər Heydər Əliyev, İlham Əliyev, Rəcəb Təyyub Ərdoğanın 7D formatında holloqrafik təsvirləri, onların çıxışlarından seçmələr, hər epizoddan sonra 7D formatında Odlar Yurdunun simvolunu əks etdirən və eyni zamanda şəhidlərimizin əbədi xatirəsinə həsr edilən holloqrafik məşəl (BİO) yanacaq. Hündürlüyü 30 metr olan məşəl dünyanın ən hündür “3D AR Vol Techno” holoqramlı əbədi məşəli olacaq.

Təqdim olunan konsepsiyada Ulu Öndər Heydər Əliyev irsinin öyrənilmə mərkəzi, 7D sinema Zəfər muzeyi (3D formatda zal), “Smart Muzey”, Müstəqillik tariximizi və İstiqlal tariximizi əks etdirən “Smart kitabxana”, səsli və vizual görüntülərlə təchiz olunmuş müasir dünya tələblərini özündə əks etdirən rəqəmsal video-foto qaleriya, “Turan Birliyi” mərkəzi, “Hərbi Sənaye Mərkəzi” olması da nəzərdə tutulur.

Təqdimatın sonunda layihə rəhbəri jurnalistlərim suallarını cavablandırıb.

“Zəfər Muzeyi” layihəsinin konsepsiyasə ilə bağlı daha ətraflı məlumat almaq üçün telefon nömrəsi:  +994 50 200 51 21