Biləsuvar rayonunda intihar hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Amankənd kəndində qeydə alınıb.
Həmin kənd sakini, 1981-ci il təvəllüdlü Buludov İsaq Ədalət oğlu özünü asaraq intihar edib.
Onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, İ.Buldov evli olub, 3 uşağı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.