Beynəlxalq Enerji Agentliyi: Hindistan ikinci Yaponiya olmağa iddialıdır

288

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, Hindistan 2030-cu ilədək dünyanın üçüncü ən böyük enerji istehlakçısı olaraq Avropa Birliyini geridə qoyacaq və önümüzdəki iyirmi ildə artan enerji tələbatının 25%-ni təmin edəcək.

BEA-nın bu gün yayınladığı Hindistanın Energetika Hədəfində bildirilir ki, ölkənin ümum daxili məhsulu (ÜDM) hazırkı milli siyasət ssenarisinə görə 2040-cı ilə kimi təqribən 8.6 trilyon dollara qədər qalxacaq. Beləliklə də Hindistanın enerji istehlakı iki dəfə artacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı müşaviri bildirir ki, “Bu iqtisadi templə 2040-cı ilə qədər Yaponiyanın daha bir ekvivalentini görəcəyik”. Hindistanın artan enerji ehtiyacları daxili bazarı neft və qaz hasilatına meylləndirəcək, baxmayaraq ki, hökumət neft –qaz ehtiyatlarının kəşfinə rəğmən bərpa olunan enerjini təşviq etmək siyasəti aparır. BEA, Hindistanın neft tələbatının 2019-cu ildən başlayaraq təqribən 5 milyon bareldən 2040-cı ildə gündəlik 8,7 milyon barelə (barel) yüksələcəyini, neft emalı gücünün isə 2030-cu ilə qədər 6,4 milyon barelə, 2040-cı ilə qədər 7,7 milyon barelə çatacağını bildirir.

Çindən sonra dünyanın ikinci ən böyük xam neft idxalatçısı hazırda neft ehtiyacının təxminən 76% -ni idxal edir. BEA, xarici neftdən asılılığın 2030-cu ildə 90% -ə, 2040-cı ildə isə 92%-ə yüksələcəyini bildirir. Artan neft tələbatı isə 2019-cu ildə 181 milyard dollar xərcənən vəsait 2030-cu ilə qədər Hindistanın neft idxal fakturasını iki qat artıraraq 2040-cı ilə qədər təxminən 255 milyard dollara yüksələcək.

Hal-hazırda təbii qaz ehtiyacının təxminən yarısını tankerlə alan dünyanın dördüncü ən böyük maye təbii qaz – LNG idxalatçısı Hindistan, daha təmiz yanacaqdan istifadəni artıracaq infrastruktur qurmaq üçün milyardlarla dollar xərcləyir.

Tərcümə etdi: Ülviyyə Şükürova