Bella Köçəryan: “Bu gün bizlər üçün ağrı, əzici bir acı və itkin boşluq var”

333

“Bu məşum 44 gündə mən bir daha müharibənin dəhşətlərini hiss etdim”.

Musavat.com erməni mediasına istinaən xəbər verir ki, Ermənistanın keçmiş pprezident Robert Köçəryanın arvadı Bella Köçəryanın facebookda yazıdğı statusda belə bir cümlə yer alıb.

Statusun mətni ermənilərin xislətini və düşdüyü vəziyyəti təsvir edir.

“20 fevral mənim üçün ermənilərin həmrəylik günü kimi qalıb. Biz seçdiyimiz yolun çətin olacağını və Sovet İttifaqı illərində, demək olar ki, mümkün olmadığını başa düşürdük. Ancaq eyni zamanda, ermənilərin məqsəd və xəyallarının reallığa çevriləcəyinə inanırdıq və ümidlərlə dolu idik. Tezliklə həyat yuxarı mərtəbələrdən zirzəmilərə keçdi. Müharibə həyat anlayışımızı kökündən və dönməz şəkildə dəyişdirdi. Ən qaranlıq və ən ümidsiz anlarda belə bizi sındırmağın mümkünsüz olduğuna inam var idi, çünki biz ermənilərin varlığı uğrunda mübarizədə birləşmişik və qətiyyətliyik. Bu uğursuz 44 gün ərzində yenidən müharibə dəhşətini yaşadım. Ağrı və acı məni hər gün yaşadığımız, mübarizə apardığımız, qələbəmiz üçün mübarizə apardığımız zirzəmimizə aparırdı. Və bu gün … Və bu gün ağrı, əzici acı və itkin boşluq var … “.