Belçikalı senator yenidən AŞPA-nın prezidenti seçilib

327

Hendrik Daems daha bir il müddətinə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

“Report”un Fransa bürosu xəbər verir ki, Belçikadan olan senator 2020-ci ildən qurumun prezidenti vəzifəsini icra edirdi və bu il eyni posta yeganə namizəd idi.

Xatırladaq ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvarında baş tutacaq. Onda qurumun prezidenti Avropa Xalq Partiyasından seçiləcək.