Belarusun indiki dövrünü SSRİ-nin parçalanması zamanı ilə müqayisə etmək olar.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarusun müasir dövrünü SSRİ-nin parçalanması və nəticələri ilə müqayisə etmək olar. Ən yaxşısı I Ümumbelarus Xalq Məclisinin keçirildiyi 1996-cı illə indiki mövqeni müqayisə etmək lazımdır. O zaman insanların beynində tam xaos hökm sürürdü.
Belarus xaricdən sərt hücuma məruz qalıb”, – deyə o bildirib.
Lukaşenko Belarusun Rusiyaya hücum üçün tramplin kimi istifadə edilməsinə cəhdlərin olduğunu deyib.