Belarus Rusiya limanında özünün yük terminalını inşa etməyi nəzərdən keçirir

75

Belarusun baş naziri Roman Qolovçenko “Belarus -1” telekanalına müsahibəsində bəyan edib ki, ölkə Rusiya limanında yük terminalı tikməyi planlaşdırır.

Onun bildirdiyinə görə, Belarus hakimiyyəti rus limanlarında daşınması iqtisadi baxımdan məqsədyönlü olan mal kateqoriyasını müəyyən ediblər.

“Bu səbəbdən biz rus limanlarında öz terminallarımızın inşaatı məsələlərinin üzərində detallı olaraq çalışırıq”, deyə nazir bildirir. Siyasətçinin sözlərinə görə, Rusiya Belarus tərəfinin meyarlarına uyğun terminalın inşaatı üçün yer seçilməsində kömək etməyə hazır olduğunu bildirib: “Əgər bu şərtlər bizi təmin edərsə, biz Rusiya limanlarının ərazisində öz terminallarımızın qurulmasının həyata keçirilməsinə çox pozitiv baxırıq”.

Bu müsahibədə Qolovçenko rus neftinin belarus neftayırma zavodlarına göndərilməsinə toxunaraq qeyd edib ki, daşınma cədvəl üzrə gedir və ABŞ-ın sanksiyaları neft daşınmasına təsir etmir.