Baydenlə Trampın siyasətlərindəki fərq: “Tərəf müqabilimiz vəliəhd yox, kral Salmandır”

309

Hurriyyet.org xəbər verir ki, Ağ Evin mətbuat katibi Cennifer Psaki Prezident Cozef Baydenin xarici ölkələrdəki həmkarları ilə telefonla danışdığını və Birləşmiş Ştatların dövlət başçısının tərəf müqabilinin vəliəhd şahzadə Məhəmməd ibn Salman yox, kral Salman olduğunu bildirib.

Bununla da keçmiş prezident Donald Trampın dövründə Vaşinqton-Riyad xəttində vəliəhd şahzadə Məhəmməd ibn Salman vasitəsi ilə qurulan əlaqələrin Bayden dövründə təftiş ediləcəyi bildirilib.

Psaki deyib: “Vəzifə başına gələndən bəri Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirəcəyimizi söyləmişdik”.

Baydenin Məhəmməd ibn Salmanla münasibərləri barəsində suala cavab verən Psaki deyib: “Prezident öz həmkarları ilə əlaqə saxlayır və Səudiyyə Ərəbistanındakı həmkarı kral Salmandır. Dəqiq tarix deyə bilmərəm, amma münasib bir zamanda onunla görüşəcəyini gözləyirik”.