Baydenin Türkiyə həmləsi

198

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Avropa İttifaqı ölkələrinin liderləri ilə görüşüb.

Çin və Rusiya məsələləri də daxil olmaqla, birgə xarici siyasət maraqları məsələsində birlikdə çalışmaq istədiyini bildirən Bayden Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Balkanlar məsələlərində də Aİ ilə ABŞ-ın birgə hərəkət eləməli olduqlarını bildirib.

Ağ evin açıqlamasına görə, Bayden Avropa İttifaqı Sammiti çərivəsində onlayn iclasda iştirak edib.

Aİ üzvü olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirak elədiyi iclasda Bayden Aİ ilə ABŞ arasındakı münasibətlərin yenidən canlandırılmalı olduğunu bildirib, Avropa İttifaqının güclənməsinin ABŞ-ın maraqlarına uyğun olduğunu vurğulayıb.