Baydendən Putinə mesaj: bombardman təyyarələrini Qara dənizə göndərir!

408

Hurriyyet.org xəbər verir ki, ötən həftə Qara dənizdə Rusiya qırıcılarının ABŞ-ın hərbi gəmilərinin üzərindən alçaqdan uçması ilə gərginliyi daha da artırmasına Pentaqonun misli görünməmiş cavab verəcəyi gözlənilir. CNN International kanalı dörd ədəd B-1 bombardman təyyarəsinin havaya qalxacağını bildirib.

İlk dəfədir ki, ABŞ Şimali Avropa ölkəsi olan Norveçə B-1 bombardman təyyarələri göndərir. CNN prezident kürsüsünə 20 gün bundan əvvəl oturmuş Co Baydenin bu addımla Rusiyaya açıq şəkildə mesaj verdiyini bildirib.

Kanalın Pentaqondakı müxbiri Barbara Starr Texasdakı Dyess bazasından 200 hərbçi ilə birlikdə yola salınacaq təyyarələrin qarşıdakı üç həftə ərzində Norveçin Orland bazasında olacaqlarını bildirib.

Şimali qütbündən təqribən 3 min kilometr məsafədə olan hava bazasına yerləşdiriləcək 4 ədəd ABŞ qırıcısının xidmət sahəsinə qütb dairəsi və Rusiyanın şimalındakı beynəlxalq hava məkanı daxildir.