Bayden Trampın Golan təpələri barəsində qərarını dəyişməyəcək

312

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden ölkənin keçmiş Prezidenti Donald Trampın Golan təpələrini İsrail dövlətinin ərazisi kimi tanımaq qərarını qüvvədə saxlayacaq. Bu barədə açıqlamanı ABŞ Dövlət departamentinin başçısı Entoni Blinken verib.

Amerika administrasiyann rəhbəri bildirib ki, Golan təpələri İsrailin təhlükəsizliyinin təminatı üçün çox mühümdür. Dövlət departamentinin başçısı deyib: “Nə qədər ki, Suriyada Əsəd rejimi qüvvədədir, nə qədər ki, Suriyada İran yaraqlıları var, İsrailin təhlükəsizliyi təhdid oltındadır”.

Blinken deyib: “Suriyada vəziyyətin dəyişəcəyi təqdirdə Golan təpələrinin kimə məxsus olduğu məsələsini müzakirə eləmək olar”.