Bayden Rusiyanı ABŞ və Avropanı zəiflətməyə çalışmaqda ittiham etdi

552

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Rusiyanı NATO ilə Avropanı zəiflətməyə çalışmaqda ittiham edib.

Amerikalı liderin sözlərinə görə, Rusiya hakimiyyəti Atlantik İttifaqını parçalamağa çalışır. Bayden deyib: “Ukraynanın suverenliyi və ərazi bütövlüyü Avropa və ABŞ üçün həyati vacib məsələdir”.

Siyasətçi Moskvanı ABŞ və Avropa ölkələrinə kiberhücumlarda da ittiham edib. O, “ümumi təhlükəsizliyin müdafiəsi naminə” bu hərəkətlərə reaksiya verməyə çağırıb.

12 fevral tarixində ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays insan hüquqlarını pozduğuna görə Moskvaya qarşı Vaşinqtonun yeni sanksiyalar tətbiq edə biləcəyini bəyan eləmişdi: “İstər Rusiya olsun, istərsə də başqa ölkə, insan hüquqları rejim tərəfindən təhdidə məruz qalırsa, biz bu prinsiplərın əleyhinə çıxan rejimlərə qarşı tədbir görməyə davam edəcəyik”.