Bayden qondarma “erməni soyqırımı”nıı tanımağa hazırlaşır – Qərb mediası xəbər verir

78

ABŞ Prezidenti Co Bayden qondarma “erməni soyqrımı”nı tanıya bilər. Bunu aprelin 21-də bir sıra qərb agentlikləri yazıb. Bu addımın Türkiyəni qəzəbləndirəcəyi, NATO-nun iki üzvünün onsuz da gərgin münasibətlərini daha da pisləşdirəcəyi gözlənir.

Baydenin genosidi tanımağa hazırlaşması haqda ilk dəfə “The New York Times” və “The Wall Street Journal” yazıb. “Reuters” yazır ki, bu addım əsasən simvolik olsa da, Ağ Evin onillərlə ehtiyatla formalaşdırdığı dildən imtina demək olar. Bayden aprelin 24-də qurbanların anım mərasimində çox güman ki, “soyqırımı” sözünü işlədəcək, məsələdən agah üç mənbə agentliyə deyib.

Ağ Evin sözçüsü Jen Psaki jurnalistlərə söyləyib ki, Ağ Ev məsələ haqda şənbə günü daha çox şey danışacaq, amma detalları açıqlamayıb.

Dövlət Departamenti şərh üçün müraciətə cavab verməyib, Ağ Evin Milli Təhlükəsizlik Şurası da Psakinin dediyindən əlavə nəsə bildirməyib.

“AzPolitika.info”