Bayden: “Müharibə içərisindəyik”

474

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Kovid-19 ilə mübarizədə yeni bir milli strateji plan yaratdıqlarını vurğulayaraq deyib: “Bu virusun öhdəsindən gələcəyimizi əminliklə söyləyirəm. Pandemiyaya qalib gəlmək üçün yeni milli strategiyamız olacaqdır”.

O, ABŞ-da virus səbəbindən ölənlərin sayının II Dünya müharibəsində ölən amerikalıların sayından çox olduğunu bildirib. Bayden deyib: “Böyük bir müharibənin içərisindəyik”.