Bayden gizlətmir: Hədəfi Ərdoğanı devirmək və…

123

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın 22 aprel 1981-ci ildə söylədiyi “erməni soyqırımı” yalanı 40 il sonra ABŞ Prezidenti Co Bayden tərəfindən təkrarlandı. Eyni yalan 2019-cu ildə Amerika Konqresi və Senatı tərəfindən qəbul edilmişdi.

Axar.az xəbər verir ki, “Hürriyyət” qəzetinin yazarı Nədim Şənər deyib.

“Sadəcə Amerika? Rusiya həqiqətən soyqırım edən Almaniya, Fransa, İtaliya, İspaniya və Belçika da daxil olmaqla, Avropa Parlamentinin 2015-ci ildə 100-cü illiyi üçün qəbul etdiyi qanun layihəsi ilə soyqırım yalanına ortaq oldu. Bəs nəticə nə oldu? Böyük bir “heç”. Heç bir tarixi məlumata, sənədə və ya həqiqətə uyğun gəlməyən bu yalanı təkrar-təkrar söyləmək “Qərb mədəniyyəti”ni təmizə çıxarmadığı kimi, soyqırımçı, imperialist, vəhşi üzünü örtmək üçün də kifayət deyil.

ABŞ-ın əvvəlki prezidentlərindən bəziləri də seçki prosesində “soyqırım” iddialarını tanıyacaqlarını erməni lobbilərinə söz vermişdilər. Demək olar ki, hamısı “böyük ağrı”, “böyük fəlakət” deyərək vəziyyəti yola verdilər. Bir tərəfdən erməni lobbilərini yola verərkən, digər tərəfdən də “soyqırım” iddiasını Türkiyəyə qarşı kozır kimi istifadə etdilər.

Sual yaranır: Nə oldu ki, Bayden bu kozırı kənara qoyub “soyqırım” yalanını dedi?

Cavabını 2019-cu ilin dekabrında “Nyu York Tayms” qəzeti redaktorları ilə söhbətində Türkiyə və Prezident Ərdoğanla bağlı Baydenin bu sözlərində axtarmaq lazımdır:

“Ona (Prezident Tayyip Ərdoğana) qarşı indi çox fərqli bir yanaşma tətbiq etməliyik. Müxalifət liderlərini dəstəklədiyimizi və bir yol xəritəmiz olduğunu açıq şəkildə göstərməliyik. Düşündüklərimiz barədə səsimizi qaldırmağımız, bədəl ödətməyimiz lazımdır”.

Bayden məqsədinin Ərdoğanı devirmək, ona bədəl ödətmək olduğunu gizlətmədi və gizlətməyib. Bayden 15 İyul çevriliş cəhdi əsnasında ABŞ-ın vitse-prezidenti idi və Ərdoğanı devirmək üçün istifadə etdikləri TSK içərisində FETÖ ünsürləri uğursuz oldu. Odur ki, “bədəl ödəməlidir” deyərkən “çevriliş deyil, seçki müddəti ilə” vurğusu edirdi.

Bayden rəhbərliyinin gəldiyi gündən bu strategiyanı addım-addım həyata keçirdiyini görə bilirik.

Əslində, Obama dövründə Pentaqon Müdafiə Nazirliyi, ABŞ Xarici İşlər Nazirliyi, kəşfiyyat qurumları tərəfindən 15 İyul çevriliş cəhdindən dərhal sonra 2016-cı ildə yaradılan və Amerika mediasının da daxil olduğu bu strategiya, Trampın bəzi maneələrinə rəğmən, aşağı profillə də olsa 5 ildir tətbiq olunur.

Baydenin namizədlik prosesi zamanı “Nyu York Tayms” qəzetinin redaktorları ilə görüşündə dediyi sözləri də əslində bu strategiyadan qarışıq ağlında qalanlardan başqa bir şey deyil”, – deyə yazar bildirib.