Baş həkim Cəlil Nəzərov saxlanıldı – Maliyyə yeyintisinə görə

801
Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov saxlanılıb.

C. Nəzərov bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir.
Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, C.Nəzərovu saxlanılması ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb. (Qafqazinfo)