Banqladeşdə polislə etirazçılar arasında toqquşma olub – 11 nəfər öldürülüb

33

Banqladeşdə etiraz aksiyasının iştirakçıları ilə polis arasında baş verən toqquşma nəticəsində 11 nəfər ölüb.

“Report” “Times of India” qəzetinə istinadən bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Ölkənin müsəlman təşkilatları Hindistanın baş naziri Narendra Modinin Banqladeşin paytaxtı Dəkkəyə səfərinə etiraz edib. Onlar Hindistan hökumətinin başçısını ölkəsinin müsəlman əhalisinə qarşı ayrı-seçkilikdə ittiham edirlər.

Qeyd edək ki, N.Modi Banqladeşin Pakistandan ayrılmasının 50-ci ildönümü münasibət ilə keçirilən təntənəli tədbirlərə qatılmaq üçün Dəkkəyə səfər edib.

Xatırladaq ki, N.Modi kabineti Pakistan, Əfqanıstan və Banqladeşdən qaçaq yollarla Hindistana keçmiş müsəlman olmayan şəxslərin əfvi və onlara vətəndaşlıq hüququnun verilməsi ilə bağlı qanun layihəsini hazırlayaraq parlamentə təqdim etmişdi. Parlament layihəni təsdiqləyib.

Bu sənəd müsəlmanalara şamil edilmədiyi üçün hindu millətçilərinin hakimiyyətdə olan sağçı Hindistan Xalq Partiyası (BJP) diskriminasiyada ittiham olunur.