Bakının Nizami rayonu bir ilə yaxındır ki, İCRA BAŞÇISIZ QALIB

33

Təyinatın yubanması Arif Qasımovun yerinə gənc və daha etibarlı kadrın axtarışıyla əlaqəlidir

Ölkə başçısı İlham Əliyev ötən ilin iyul ayının 11-də Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Məsələnin maraqlı tərəfi ondadır ki, sözügedən sərəncamın üzərindən 8 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də Arif Qasımovun yerinə təyinat həyata keçirilməyib.

Nizami Rayon İcra Hakimiyyətinin rəsmi saytında – nizami-ih.gov.az-da da bu barədə heç bir informasiya yoxdur. Odur ki, həm mətbuatı, həm də rayon əhalisini “Nizami rayonuna niyə yeni icra başçısı təyin olunmur?” sualı düşündürür. Bu barədə Hurriyyet.az-ı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Nizami rayonuna yeni icra başçısı ilə bağlı təyinatın yubanması gənc və daha etibarlı kadrın axtarışıyla əlaqəlidir. Mənbə iddia edir ki, Arif Qasımovun yerinə onun müavinlərindən biri deyil, gənc və xaricdə təhsil almış şəxsin təyin olunma ehtimalı daha yüksəkdir. O da qeyd olunur ki, uzağı aprel ayının ortalarıa yaxın Nizami rayonuna yeni icra başçısının təyin olunması haqda sərəncam imzalanacaq.

Hurriyyet.az