Bakının maraqla gözlədiyi sual: “Baydenin Azərbaycanla bağlı siyasəti…”

276

Ekspert: “Amerikanın milli və təhlükəsizlik maraqları Azərbaycanla əməkdaşlığı diktə edir”; amerikalı analitik isə  “təəssüf ki, bizi çətin dörd il gözləyir” deyir

ABŞ-da Cozef Bayden prezident səlahiyyətlərinin icrasına başlayır. O, keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcəyini bəyan edib. Baydenin xarici siyasəti necə olacaq?

Politoloq Elxan Şahinoğlu bir neçə istiqamətdə mühüm dəyişiklik olacağını gözləyir.

“Birincisi, Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir. Bu baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir.

Prezident Donald Tramp Archives | Azərbaycanda ABŞ səfirliyi

İkincisi, Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar.

Məsələn, Tramp deyirdi ki, nəyə görə Amerika Almaniyanı Rusiyadan qorumalıdır. Almaniya Rusiyadan qaz alır. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq.

Üçüncüsü, Bayden Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəyir. Donald Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı. Bayden isə qapıları miqrantlara açmaq istəyir. Bundan da milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarsa, bu Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq”.

Joe Biden'ın oğlunun eski iş ortağından Biden'a 'Çin' suçlaması

Bəs Baydenin Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?

Politoloq xatırladır ki, Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi. O, Konqresdə Azərbaycan əleyhinə qərarlar qəbul edib.

“Bayden Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb. Bayden, administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin edib. Bu təyinatlar Ermənistanda sevinclə qarşılanıb.  Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidləri var. Bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum isə Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diktə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır”, – Şahinoğlu vurğulayıb.

Politoloq Azərbaycanın bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başladığını xatırladıb: “Amerika Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asılılığın azalmasında Azərbaycan rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur. Digər tərəfdən, müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır.

Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla əlbir hərəkət edir. Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, Bayden ABŞ prezidenti olaraq Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu Azərbaycan üçün məqbuldur”.

“Təəssüf ki, Baydenin dövründə bizi çətin dörd il gözləyir. Çünki o, baxışları ölkədə ciddi parçalanmalara səbəb olan qatı solçu siyasətçilərin yolunu tutub”. Bunu isə  “Report” https://report.az/analitika/amerikali-analitik-baydenin-dovrunde-bizi-cetin-dord-il-gozleyir/a müsahibəsində amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Tsukerman deyib.

Irina Tsukerman (@irinatsukerman) | Twitter

Onun sözlərinə görə, yeni prezident aparıcı respublikaçı senatorlardan biri olan Ted Kruzu Qobbels adlandırmaqla vəzifələrinin icrasına heç də yaxşı tərəfdən başlamayıb: “Bu, çətin ki, onu Kruz və Trampın tərəfdarları ilə yaxınlaşdırsın. Halbuki demokratlar və daha solçu respublikaçılar Baydenin tvitterdə sələfindən daha az fəal olduğuna görə ictimaiyyətin bir hissəsini özünə qarşı daha az ”kökləyəcəyini” düşünürdü. O isə bəribaşdan təkcə sözləri ilə yox, həm də hərəkətləri ilə özünü fərqli formada apardı. Hətta kabinetini və digər müttəfiqlərini seçərkən belə kimin layiq olması ilə yox, dərinin rəngi, cinsiyyət və cinsi oriyentasiya kimi xarici göstəricilər ilə daha çox maraqlandığını göstərdi. Üstəlik, onun məmurlarının əsas hissəsi çox solçudur və Konqresdə Respublikaçı azlıq ilə nədəsə kompromisə getməyə meylli deyil, başqa sözlə, ölkənin azı yarısının fikri onları maraqlandırmır”.

İ.Tsukerman həmçinin vurğulayıb ki, hər iki palata artıq Demokratların əlində olduğundan Bayden administrasiyası böyük maneələr ilə üzləşməyəcək və onlar yaxın iki ildə ölkə üçün kifayət qədər radikal və dağıdıcı proqramlar da həyata keçirəcəklər.

“Bayden vəzifəsinə başladığı ilk gündə prioritetlərinin Trampın bir çox nailiyyətlərini, o cümlədən ölkənin iqtisadiyyatı və enerji siyasəti üçün vacib olan, minlərlə iş yeri yaradan önəmli boru kəmərinin (Keystone XL – red.) inşasını ləğv etmək olduğunu açıq şəkildə göstərdi. Bunun əvəzinə Obama dövrünün administrasiyaya yaxın olanları korporativ dairələrdə zənginləşdirən, sıravi amerikalı üçün isə narahatlıq yaradan və cibə ziyan vuran bahalı və korrupsiyalaşmış ”yaşıl” iqtisadi siyasətinə qayıdış izlənilir”, – hüquqşünas söyləyib.

Joe Biden oo ku dhawaaqay in uu u tartamayo madaxweynannimo

Analitik hesab edir ki, Baydenin prezidentliyi dövründə ABŞ-ın xarici siyasətini heç də hər zaman işə yaramayan, avtoritar dövlətlərin rəhbərlik etdiyi və ya himayəsində olan korrupsiyalaşmış beynəlxalq təşkilatlar kontekstində isə xüsusilə pis işləyən çoxtərəfli münasibətlərə qeyd-şərtsiz qayıdış gözləyir.

“İranla danışıqlar da, Baydenin ilk gündən özünü Səudiyyə Ərəbistanı kimi köhnə müttəfiqlərə qarşı qoyması faktını nəzərə alsaq, çətin ki, yaxşı nə iləsə nəticələnsin. Bayden İrana və Yaxın Şərqdəki ortaqlarına qarşı olan enerji və digər sanksiyaları ləğv etməyə hazırlaşır. Bu da yeni dağıdıcı müharibələrə, terrorizmin böyüməsinə gətirib çıxaracaq”, – analitik hesab edir.

“Nəhayət, Demokratlar kampaniyalarını maliyyələşdirən və müəyyən layihələrə və şirkətlərə investisiya qoyan erməni lobbisinə rəğbət bəsləyir. Hazırda Qafqaz Bayden üçün prioritet deyil, lakin bu, hər an dəyişə bilər, xüsusən də enerji məsələlərində Rusiya ilə işləməyi üstün tutan Almaniyanın, özünün erməni diasporunun təzyiqi altında olan və Rusiyaya nisbi yaxınlığı olan Fransanın təzyiqi altında”, – İ.Tsukerman bildirib.