Bakıda yaxşı tanınan Donald Lu ABŞ dövlət katibinin köməkçisi təyin olunur

48

Prezident Cozef Bayden ABŞ-ın Qırğızıstandakı səfiri Donald Lu-nu Birləşmiş Ştatların dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi vəzifəsinə namizəd irəli sürməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Qırğızıstandakı səfirliyi məlumat yayıb.

Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya işləri üzrə Bürosuna Mərkəzi Asiyanın 5 ölkəsi, habelə Hindistan, Pakistan, Əfqanıstan, Nepal, Şri-Lanka, Banqladeş, Maldiv və Butan daxildir.

 

“Səfirlik bunu bildirməkdən şaddır ki, səfir Lu Qırğızıstan-Amerika münasibətlərinin daha da dərinləşməsinə dair işləri Vaşinqtondan yeni vəzifədə davam etdirəcək”,-diplomatik nümayəndəlik bildirir.

Donald Lu 2018-ci ildə ABŞ-ın Qırğızıstandakı səfiri təyin edilib. O, 2000-ci illərin ortalarında ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili olub. Donald Lu-nun adı Azərbaycana məşhur WeakLeaks saytının ələ keçirib yaydığı ABŞ məxfi diplomatik teleqramlarından tanışdır.

Virtualaz.org