Bakıda iş adamını öldürən şəxslərin məhkəməsi başlayıb

201

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Əliyev və Ələsgər Əliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 23-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarın 7-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki zoomağazada baş verib. 22 yaşlı Ehtiram Əliyev və 21 yaşlı Ələsgər Əliyev adıçəkilən mağazaya daxil olaraq oranın sahibi, 67 yaşlı Hikmət Bəhlul oğlu Babayevin üzünə və boyun nahiyəsinə beş bıçaq zərbəsi endirərək qətlə yetiribləır. Daha sonra mağazada olan 14 min manat pulu götürərək hadisə yerindən qaçıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1-ci ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsilə ittiham verilib.