Bakı-Tiflis-Ərzurum boru kəməri ilə Azərbaycanın qaz nəqli 50% artıb

399

Bu ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3,549,3 milyon kubmetr qaz nəql edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2% çoxdur. Magistral qaz kəmərləri ilə ötürülən qazın ümumi həcmi 45,3%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri (Cənubi Qafqaz qaz kəməri) ilə nəql edilib.

Hesabat dövründə bu boru kəməri ilə 1607,1 milyon kubmetr qaz nəql edilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur. Xatırladaq ki, Azərbaycanın “Şah-Dəniz” yatağında hasil olunan təbii qaz Türkiyəyə Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsi ilə verilir.

Türkiyə bazarına ilk qaz 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə daxil olub. TANAP ilə Türkiyəyə ticari qaz tədarükü 30 iyun 2018-ci il tarixində başlamışdı.

Tərcümə etdi: Ülviyyə Şükürova