“Aztelekom”un baş direktoru vəzifəsindən AZAD EDİLİB

141

2016-cı ildən MMC-yə rəhbərlik edən Suat Paşayevin yerinə hələlik təyinat yoxdur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev vəzifəsindən azad edilib.

Bununla bağlı Hurriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb. Əmrə əsasən, Suat Paşayev bu həftədən vəzifəsinin icrasını dayandırıb. Qeyd edək ki, 2016-cı ilin dekabrından “Aztelekom” MMC-yə rəhbərlik edən Suat Paşayevin yerinə hələlik təyinat yoxdur.

Onu da nəzərinizə çatdıraq ki, Suat Paşayev bu yaxınlarda koronavirusa yoluxub və hazırda müalicəsini evdə davam etdirir.

Valeh TÜRKSOY, Hurriyyet.az