Azitromisin koronavirus müalicə sxemindən çıxarılıb – SƏBƏB

354

2020-ci ilin ən məşhur antibiotiki azitromisin oldu. Bütün koronavirus xəstələri, hətta sadəcə burnu axanlar da dərhal bu dərmanı alıb qəbul etdilər.

Hesablamalara görə, təkcə bu dərmana əhali milyonlarla pul xərcləyib.

Lakin indi azitromisin koronavirusun müalicə sxemindən çıxarılır.

Bu dərman ancaq postsovet məkanı ölkələrində, Rusiya başda olmaqla dəbdədir. Amerika, Avropa və Türkiyədə ümumiyyətlə bu dərman kovid müalicəsində olmayıb.

Hazırda Rusiya Səhiyyə Nazirliyinin yeni metodik müalicə tövsiyəsində koronavirusun müalicə və profilaktikasında bu dərmanın adı yoxdir. Nəyə görə məhz indi bu popuıyar antibiotik qara siyahıya düşdü?

Həkim Mariya Tişenko bildirir ki, 2020-ci ildə koronavirus hələ az öyrənildiyi və yeni olduğu üçün virus əleyhinə konkret preparatlar olmadığından həkimlər hələ ki, dərman və müalicə sxemlərini eksperiment edirdilər.

Virus ağciyərlərdə pnevmoniya verdiyi üçün effektiv təsir üçün azitromisin seçilirdi. Bu dərman hələ koronavirusa qədər geniş spektrdə pnevmoniyalarda istifadə edilirdi və həkimlər onun təsirinə bələd idi.

İlkin mərhələdə hidrosixloroxin adlı malyariya dərmanı ilə azitromisin antibiotikinin kombinasiyasının xəstələrə yaxşı təsir etdiyini gördük. Ona görə bu dərmanlar orta ağır və ağır reanimasion xəstələrin sxeminə adaxil edildi.

Bundan sonra insanlar özləri apteklərə hücum edərək, lazım oldu olmadı azitromisini alıb, qəbul etməyə başladılar və bu dərmanın defisiti yaşandı.

Kovid xəstəxanaları da kütləvi şəkildə bu dərmanı alıb depolayırdı. Bu isə milyonlarla vəsait xərci idi.

2021-ci ilin fevralından RF Səhiyyə Nazirliyi azitromisinə bu qədər maliyyə sərfiyyatının özünü doğrultmadığını və bu dərmanın 90% hallarda kovid xəstələrində istifadənin faydasız olduğunu bəyan etdi.

Müşahidələr göstərdi ki, azitromisin kovid zamanı müalicəyə təsir etmir, ağır gedişli xəstələrdə proqnozu yaxşılaşdırmır, burda başqa antiviral dərmanlar istifadə olunmalıdır.

Əksinə xəstəyə azitromisin verdikdə onun toksiki təsirindən əlavə yan təsirlər baş verir, immunitet zəifləyir. Bakteriyaların azitromisinə rezistentliyi, yəni dayanıqlığı artır və artıq bu dərman insan orqanizmi üçün zəif, lazımsız preparata çevrilib. /medicina.az