“Azərbaycanla İsrailin tərəfdaşlığı geniş əhatəlidir” – Ceyhun Bayramov

63

“Azərbaycanla İsrail arasındakı tərəfdaşlıq möhkəm, geniş əhatəli, çoxşaxəlidir. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən razıyıq”.

“Report” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom” nəşrinə müsahibəsində bildirib.

“Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün 10-dan artıq saziş imzalamışıq, 20 layihə də hazırda baxılır. Bu sənədlər münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün möhkəm bünövrədir”, – nazir deyib.