“Azərbaycanın razılığı olmadan heç kim Qarabağa buraxılmayacaq…” – Erməni general

309

Zaman keçdikcə, Ermənistandakı siyasi və hərbi dairələr Qarabağla bağlı iddialarının mənasızlığını və heç bir perspektivinin olmadığını daha çox anlayırlar.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında ədliyyə general-mayoru Tatul Petrosyanın jurnalistlərə açıqlaması yayılıb.

General deyib ki, bundan sonra Dağlıq Qarabağa yalnız Rusiya və Ermənistan vətəndaşlarının buraxılması və xarici vətəndaşların oraya getməsi üçün Azərbaycanın razılığının tələb edilməsi ””Artsax”-ın itirilməsi” deməkdir: “Qarabağın 75 faizi verilib, 2-3 ildən sonra “Artsax”( Qarabağ-red.) olmayacaq. Türklər onların razılığı olmadan heç kimi Qarabağa buraxmayacaq. Artıq məlumat var ki, üçtərəfli razılaşmanın tərəfləri olduğu üçün Qarabağa yalnız Ermənistan və Rusiya vətəndaşları gedə bilər. Məlumat var ki, Qarabağa getmək istəyən xarici jurnalisti oraya buraxmayıblar. Deyiblər ki, Bakının razılığı olmalıdır…”

Nikol Paşinyanı və qondarma rejimin başçısı Araik Arutunyanı sərt tənqid edən general deyib ki, Arutunyanın müharibədən əvvəl “Qarabağın səması heç vaxt bu qədər bağlı olmayıb” deməsi ağ yalan çıxdı: “Təsəvvür edirsiniz o, nə deyib? Müharibə göstərdi ki, Qarabağın səması ümumiyyətlə bağlı deyilmiş”.

Cəlal

“AzPolitika.info”