Azərbaycanın qolkiperi

78

Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının cari mövsümündə qol sayını 16-ya çatdırıb.  Bununla da yarımmüdafiəçi ölkə çempionatında son 7 mövsümün rekordunu təkrarlayıb.

2014/15 mövsümündən başlayaraq indiyədək yalnız bir dəfə eyni oyunçu bu qədər qol vurub. İki il əvvəl Mahir Emreli (“Qarabağ”) bunu bacarıb.

Amma ölkə çempionatları tarixinə nəzər salsaq, Namiqlə Mahir rekordçulardan çox-çox geridədir. İndiyədək 5 futbolçuya mövsüm ərzində 30 və daha çox qol vurmaqda nəsib olub. Belə məhsuldarlığa imza atan son oyunçu Qurban Qurbanovdursa, rekordçu Nazim Əliyevdir.

  1. Nazim Əliyev (1992, “Xəzər” S) – 39 qol
  2. Samir Ələkbərov (1992, “Neftçi”) – 36 qol
  3. Musa Qurbanov (1993/94, “Turan”) – 35 qol
  4. Qurban Qurbanov (1996/97, “Neftçi”) – 34 qol
  5. Mehman Allahverdiyev (1992, “Kəpəz”) – 30 qol