Azərbaycanın iştirak etdiyi silah sərgisində Ermənistanın stendi boş qaldı

108

Birləşmiş Ərəb Əmirliklərində IDEX-2021 beynəlxalq müdafiə sənayesi sərgisi işinə başlayıb.

Trend-in məlumatına görə, sərginin ilk günündə Ermənistana məxsus stend boş qalıb, stendə silah əvəzinə bukletlər yerləşdirilib.

Qeyd olunur ki, Ermənistanın sərgidə nümayiş etdirməli olduğu silah-sursat və texnika Əbu-Dabiyə vaxtında çatdırılmayıb.

Hazırda Ermənistanın eksponatları Moskvada qalıb.