Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 25 %-dən çox azalıb

93

Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 1,826 mlrd ABŞ dolları təşkil edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,17 % azdır.

Hesabat dövründə ixracın həcmi 1,493 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 598,3 mln ABŞ dolları və ya 28,61 % azdır.

Bu ilin ilk iki ayında isə idxalın həcmi isə 333,2 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 16,0 mln ABŞ dolları və ya 4,58 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində Avropa İttifaqı ölkələri ilə ixrac Azərbaycanın ümumi ixracının 53,56 %-ni, idxal isə Azərbaycanın ümumi idxalının 20,67 %-ni təşkil edib.

Nəticədə, 2021-ci ilin ilk iki ayında 1,160 mlrd ABŞ dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 582,3 mln ABŞ dolları və ya 33,4 % azalıb.