Azərbaycanı içəridən dağıdan xəyanətkarlar…

1887

Onlardan xilas olmaq üçün hansı addımlar atılmalıdır?

…bu gün istər Müdafiə Nazirliyində, istər Daxili İşlər Nazirliyində, istər Dövlət Təhlükəsizliyi Xidmətində, istər Sərhəd Qoşunlarında, istər də Baş Prokurorluqda və digər dövlət qurumlarında nəcməddin sadıkovlar hələ də “at oynadır”

Hər bir dövlətin milli təhlükəsizliyi məsələsi onun mövcudluğu üçün başlıca amillərdəndir. Odur ki, bütün dövlətlərdə bu funksiyanı yerinə yetirən strukturlar var. Müstəmləkə dövrü keçirməmiş dövlətlərdə bu sfera qədim dövlət gələnəkləri və ənənələrinə əsaslanır.

Hazırda dünyanın aparıcı dövlətləri sırasında olan ABŞ, İngiltərə, Almaniya, Türkiyə kimi dövlətlər güclü kəşfiyyat təşkilatlarına sahibdirlər. Güclü olmalarının bir səbəbi də hələ qədimlərdən mövcud olan “dərin dövlət” gələnəkləridir.

Hər bir dövlətin milli təhlükəsizlik məsələsi ilk öncə təhlükəsizlik strategiyasına və onun ideoloji dayaqlarına əsaslanır.  Əlbəttə, bununla yanaşı, alt qatlarda yazılmamış qanunlar da işləyir. Belə desək, “dərin dövlət” deyilən qurum təhlükəsizlik məqsədilə dövlətin strukturlarını alt qatlardan tənzimləyir.

Təhlükəsizlik strategiyası barədə danışmazdan öncə, bəzi vacib məqamlardan söhbət açmaq yerinə düşər. Qonşuluğumuzda 100 ildən bir az artıq müddət əvvəl mövcud olmuş Osmanlı İmperiyasına tarix şahidlik etmişdir. Osmanlının çöküş sürəcini başladan fakt xaricdən dəstəklənən iç xəyanət oldu. Tarixə baxarkən, bu xəyanət şəbəkəsinin ardında xaricə içəridən sızan sebatayist-yəhudi, erməni xəyanətinin səbəb olması göstərilir. Nəticə Osmanlının çöküşünə gətirib. Halbuki, Osmanlıdan fərqli olaraq, günəş batmayan imperatorluq olan İngiltərə hələ də başqa formada öz mövcudluğunu davam etdirir.

Bəs, Osmanlı kimi nəhəng dövləti çökdürən xəyanət şəbəkəsi necə özünə yol açdı, necə gəlişdi? Dövlət idarəçiliyində yanlış hansı mərhələdə, hansı addımlarda baş verdi?

Bildiyimiz kimi, Osmanlı dönəmində imperiyanın əsas qurucu insan resursu türk millətindən olmasına baxmayaraq, dövlətin maliyyə sahəsi yəhudi və ermənilərin əlində idi. Dövlət idarəçiliyinin vacib strateji postları olan vəzir və paşalar sinfinin içində yəhudilər və ermənilər var idi ki, dövlətin çökməsində də bu fakt öz rolunu gərəkdiyi kimi oynadı. Türkiyənin dövlətçilik və dövlət adamı yetişdirmə ənənəsi tarixdə sözünü demiş Türk dövlətləri və Osmanlı İmperiyasından qaynaqlandığına görə, müxtəlif millətlərin nümayəndələrindən idarəçilər yetişdirilmişdir ki, yəhudi və erməni idarəçilər də dövlət postlarına bu yolla daxil olmuş, dövlət adamları təbəqəsinə sızmışlar. Amma genetik faktorun nəzərə alınmaması sayəsində strateji postların asan hədəf halına gələcək topluma etibar edilməsi dövlət təhlüksəziliyinin tədricən yox edilməsi ilə nəticələndi.

Azərbaycanda da təxminın eyni prosesin baş verməsi sayəsində ölkəmizin taleyində uğursuzluqlar silsiləsi yaşanmaqla yanaşı, dövlətimiz Rusiya və İran kimi qonşuların açıq hədəfi halına gəlib. Buna səbəb olaraq güc nazirliklərindən tutmuş, qanunverici orqan və media sahəsindəki xainlər şəbəkəsini göstərə bilərik. Hələ 20-ci əsrin əvvəllərində, Cümhuriyyətin çöküşündən sonra Azərbaycan SSRİ-nin rəhbərliyinə gətirilmiş qeyri-türklərin anti-milli siyasəti nəticəsində itirilmiş ərazilərimiz “erməni dövləti”nə çevrildi. Eləcə də daxili idarəçilikdə azərbaycanlılar kənarda saxlanaraq, rəhbər postlar erməni, rus və s. millətdən olan şəxslərə verildi. Hakimiyyətdə təmsil olunan azərbaycanlılar da Əliheydər Qarayev kimi beyni bolşevizm virusu ilə yuyulmuş satqınlar oldu.

Bu silsilə SSRİ-nin son dönəmlərinədək davam edərək, Birinci Qarabağ savaşını uduzmağımıza, dövlət maraqlarımızın Rusiya və İrana peşkəş edilməsinə qədər gəldi. Sonrakı dönəmdə isə Milli Orduda baş verən xəyanət – Baş Qərargah rəisi Nəcməddin Sadıkov və onun adamlarının dəhşətli əməlləri, qanunverici orqan olan Milli Məclisdə rusbaşlıların böyük üstünlük təşkil etməsi, o cümlədən digər güc strukturlarında və əksər dövlət qurumlarında Kremli özlərinin “qibləsi” hesab edən insanların təmsil olunması daha böyük fəsadlara səbəb oldu. Məhz bunun nəticəsi idi ki, biz istər 2016-cı ilin Aprel savaşında, istər də İkinci Qarabağ savaşında böyük xəyanətlərlə üzləşdik…

Doğrudur, biz müharibədə qalib gəldik və Azərbaycan əsgərinin qəhrəmanlığı bu gün bütün dünyada dillər əzbəridir. Amma bu xəyanətlər olmasaydı, itkimizin dəfələrlə az olacağı istisna deyildi. Və ən təhlükəlisi isə budur ki, biz hələ də bu xəyanətkar şəbəkəni öz içimizdən təmizləyə bilməmişik. Bəli, Nəcməddin Sadıkov artıq öz vəzifəsini icra etmir, yaxın qohumu vəzifədən çıxarıldı, lakin unutmaq olmaz ki, bu gün istər Müdafiə Nazirliyində, istər Daxili İşlər Nazirliyində, istər Dövlət Təhlükəsizliyi Xidmətində, istər Sərhəd Qoşunlarında, istər də Baş Prokurorluqda və digər dövlət qurumlarında nəcməddin sadıkovlar hələ də “at oynadır”.

Bəs, mövcud vəziyyətdən çıxış yolu nədir? İlk olaraq Osmanlının çöküşündən sonra qardaş Türkiyənin tətbiq etdiyi variantı gözdən keçirək. Məsələn, Atatürk dönəmindən Türkiyədə hərbi məktəblərə yalnız soykökü yoxlanılmış türk tələbələr qəbul edilirdi. Yəni gələcəyin əsgəri genində dövlətçilik təfəkkürü daşıyan toplumdan seçilirdi. Bu qaydaya həm polis-jandarma məktəblərində, həm kəşfiyyat orqanlarına qəbul olarkən əməl olunurdu. Və bu, hər bir dövlətin hərbi siyasəti xarakterini daşıyır. Kəşfiyyat orqanlarına isə işçilər özlərini dövlət yolunda qurban verə biləcək qədər fədakar insanlar arasından seçilir.

İngiltərədə də eyni qaydalar rəhbər tutulur. Bu ölkədə kəşfiyyat orqanlarına akademik uninversitet səviyyəsi, yüksək savadı, intellekti olan  şəxslər qəbul olunur. Əlbəttə, müəyyən məhdudiyyətlər də tətbiq olunur. Bu şəxs və valideynlərindən ən azı biri İngiltərə vətəndaşı olmalı, eləcə də son 10 ildə bu ölkədə yaşamalıdır. İkili vətəndaşlığı olanlar müraciət edə bilərlər, lakin qəbul zamanı digər ölkənin vətəndaşlığından imtina etməlidir. Həmçinin, bütün namizədlər ciddi təhlükəsizlik testlərindən keçməlidirlər. Bundan əvvəl son 12 ayda A sinif dərmanları, son 6 ayda B/C sinif dərmanları istifadə etmisinizsə, alkoqoldan müalicə alırsınızsa, şizofreniya və maniyativ depressiyadan əziyyət çəkirsinizsə, kəşfiyyatda çalışa bilməzsiniz.

Türkiyədə indiyə qədər iqtidara gəlmiş bütün hökumətlər dövləti idarə edən kadrların yetişdirilməsi probleminin vacibliyini vurğulamışlar. Bu məsələ hazırda Azərbaycan üçün də aktualdır. Odur ki, gec olmadan beş illik planlar, dövlət proqramları və partiya proqramları hazırlanmalı, effektiv dövlət idarəçiliyinə ehtiyac ortaya qoyularaq, yuxarı səviyyəli idarəçilər yetişdirmək lazımdır. Siyasi hakimiyyətin bu mövzuda kifayət qədər ağırlığı olmalıdır. Hazırda ölkədə üzərində budanma prosesi gedən “5-ci kolon” əlbəttə ki, bu məsələdə dirəniş göstərəcək. Bu, bürokratiya və ya məmur təbəqəsi ilə siyasi hakimiyyət arasında incə, ayırıcı bir xətt çəkmək və sərhədlərini ayırmaqla birbaşa əlaqəlidir. Məlum olduğu kimi, dövlətin müxətlif orqanlarında təmsil olunan “5-ci kolon”a yaxın siyasi güclər yuxarı rütbəli rəhbərliyə hakim olmaq istəyirlər və bu səbəbdən də öz adamlarını əsas nöqtələrdə yerləşdirmək istəyirlər. Təsirli olmaq üçün siyasi baxımdan mümkün qədər yuxarı postları əllərində saxlamaq və istədikləri insanları bu nöqtələrə təyin etmək, dövlətin üst təbəqələrini özlərinə yaxın adamlarla doldurmaq istəyirlər. Əlbəttə, digər bir üsul satınalma üsuludur. Xüsusilə də sovet dönəmində qanımıza yerilidmiş rüşvət, qohumbazlıq və s. vasitəsilə hüquq-mühafizə orqanlarında işə girməkdən tutmuş, digər nazirliklərdə, komitələrdə vəzifələrə yerləşdirilməyə qədər.

Lakin hesab edirik ki, qardaş Türkiyənin və inkişf etmiş bir çox dövlətin tətbiq etdiyi metoda ciddi üstünlük verilməlidir. Söhbət ondan gedir ki, dövlətimizin milli təhlükəsizliyi naminə, istər güc strukturlarının, istər də qanunverici orqanın rəhbərliyində ən azı birinci və ikinci şəxslər türklərdən (Azərbaycan türklərindən) seçilməlidir. Təbii ki, bu, digər millətlərin və etniklərinin hüquqlarının pozulması kimi qəbul olunmamalıdır. Amma çox təəssüflə qeyd etməliyik ki, istər Birinici Qarabağ savaşında, istər 2016-cı ilin Aprel döyüşlərində, istər də 44 günlük Qarabağ müharibəsində nəcməddin sadıkovların aşkar xəyanəti dövlətimizə və millətimizə çox baha başa gəldi. Şübhəsiz, bu zaman təkcə türklər deyil, digər millətlərin, etnik qrupların nümayəndələri də böyük zərər çəkdi.

Etiraf etməliyik ki, zaman-zaman Rusiyadan idarə olunan “Sadval” kimi separatçı təşkilat, İrandan dini hisslərlə ölkəyə ötürülən dövlət əleyhinə təəssübkeşlik cücərə bilirsə, bizə təhdid yarada bilirsə, bunlar kənardan bəslənərək daxildə çalışan agentura sayəsindədir. Sözsüz ki, bu məsələni kökündən həll etmək tam mümkün olmasa da, dövlətin sistematik şəkildə tətbiq etməsi gərəkdiyi dövlətçilik ideologiyasına əsaslanan təbliğat maşınının bu yöndə daim işləməsi xoşagəlməz meylləri azalda, neytrallaşdıra bilər. Təbliğat maşını dövlət təhlükəsizliyinin işləmə metodlarından biridir. Əhalinin etnik tərkib nisbəti nəzərə alındıqda şovet dövründə adı azərbaycanlı olaraq dəyişdirilmiş türk etnosu çoxluq təşkil edir. Ölkənin təhlükəsizlik, hərbi və digər sahələrində də yük istər-istəməz türklərin öhdəsinə düşür. Bu amil isə dövlət təhlükəsizliyi baxımından həm orduda, həm güc orqanlarında öz rolunu oynayır, belə də olması məntiqlidir. Dövlətin qorunması üçün təbliğatın iki qoldan getməsi uyğun olar: bir tərəfdən güc nazirliklərində erməni və digər millətlərlə qarışığı olanların və xainliyə meylli olanların təmizlənməsi gedərkən, digər tərəfdən milli köklərə, düşüncəyə, genetik cəhətdən kriteriyalara cavab verən şəxslərin təlimlərdən keçirilərək görəvə gətirilməsi vacib amildir.

Həmçinin, orta məktəblərdən başlayaraq dövlətin ideoloji konsepsiyası təbliğ edilməklə yanaşı, istedadlı uşaqların seçilərək, sadalanan genetik araşdırmadan keçirilməklə, güc orqanları və dövlət idarəçiliyi üçün kadrlar hazırlayan müəssisələrdə yetişdirilməlidir. Bütün bunlarla yanaşı, insanlara vətəndaşlıq anlayışının təbliğ-təşviqi mütləq şəkildə aşılanması da bu məqsədə çatmaqda mühüm addım ola bilər. Yəni bu işin konsepsiyası hazırlanaraq sistemli şəkildə aparılarsa, bu, effektiv nəticə verə bilər. Kortəbii, qeyri-peşəkar, dağınıq fəaliyyətdən effektiv nəticə gözləməyə dəyməz.

Ölkəmizdə yaşayan bütün millətlər və etnik qruplar bu torpaqlara gəlmə, immiqrant deyil, əksinə yerli, köklü əhali olduğundan bu istiqaməti reallaşdırmaq çətin olmayacaq. Bu səbəbdən insanlarda vətəndaşlıq anlayışını yüksəldərək, xalq anlayışını millətə çevirib, daha sıx bütöv topluma çevirmək lazımdır.

Bəs dövlət üçün kadr yetişdirilməsi prosesi necə getməlidir? Dövlətin ehtiyacı olan kadrları idarəetmə sisteminə qazandırmaq üçün onların spontan və təsadüfi şəkildə kadr pilləsində peyda olmasını və irəliləməsini gözləmək yerinə, bu kadrlar universitetlərdən başlayaraq seçilməli, mütləq genetik baxımdan araşdırılmalı, milli mənsubiyyəti baxımdan saf-çürük edilməli, xüsusi yetişdirilməli, dövlət idarəçilik sisteminə daxil edilməlidir. Təsadüfi, hansı dairələrə bağlılığı bəlli olmayan, bəlkə xarici dövlətlərə bağlı olan, milli dəyərləri olmayan, milli dövlətçilik təfəkkürünə yad olan insanların, ünsürlərin dövlət idarəçiliyinə sisteminə gətirilməsi ölkənin gələcəyinə, milli maralqlarının qorunmasına zərbədir.

Əlbəttə, bacarıq və vərdişlərin də mövcudluğu və aşılanması diqqətdə olmalıdır. Belə kadrlar yetişdirmək üçün bir sistem qurulmalıdır. Rütbəli məmurlar üçün fərqli qiymətləndirmə edilməlidir. Yüksək rəhbər vəzifələrin müxtəlifliyini və mürəkkəbliyini nəzərə alaraq, peşələrindən asılı olmadan, bu vəzifələrin təsadüfi fərdlər tərəfindən yerinə yetirilməsi məqsədəuyğun deyil. Uyğunluq meyarlarından keçməyən şəxsələrin dövlət maraqlarına sədaqət kriteriyalarına yaradığına necə əmin ola bilərik? Əsas sual da o olmalıdır ki, dövlət qulluğu üçün kriteriyalarımız varmı? Varsa, onlar nələrdir? Bu səbəbdən də yüksək səviyyəli effektiv ”dövlət adamları” müəyyən metodlarla, peşə vərdişləri və xüsusi təhsillə yetişdirilməlidir. Bu, bitməyən prosesdir, amma qısa müddətdə nəticə verən sahə olmasa da, dövlətin ayaqda qalması, var olması baxımından ən əsas qazanclı investisiyadır – dövlətçiliyə qoulan investisiya.

Ülviyyə ŞÜKÜROVA