Azərbaycandan Gürcüstana pul köçürmələri 3 dəfədən çox artıb

186

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 5,3 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, bu, illik müqayisədə 3,6 milyon dollar və yaxud 3,1 dəfə çoxdur.

Ötən ay Gürcüstandan Azərbaycana isə 1,1 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 0,1 milyon dollar və yaxud 8,1% azdır.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən 150 milyon dollar, xaricdən Gürcüstana isə 17,2 milyon dollar pul köçürmələri olub.